Əsas məzmuna keç

Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb

Milli Hidrometeorologiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bu tədqiqatların nəticələri iqlim dəyişmələrinin regionun dağlıq ərazilərinə təsirlərinin qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və müvafiq adaptasiya tədbirlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin 5–11 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilən ekspedisiya çərçivəsində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında növbəti çöl tədqiqat işləri aparılıb. Aparılan monitorinq nəticələrinə əsasən demək olar ki, Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınır. Müəyyən sahələrdə buzlaq səhtinin qalınlaşması müşahidə edilsə də, buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi qeydə alınıb.

Tufandağ buzlağında müşahidə olunan dəyişikliklər Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim üzrə hesabatlarında əks olunan tendensiyalarla da uyğunluq təşkil edir.

Paylaş:
Son yeniliklər

Daha çox xəbər

Xəbərlər səhifəsi →
17avqustGündəlik havaHAVA PROQNOZUtemperatur.az • meteoroloji informasiya portalı
Gündəlik hava

Sabahın hava proqnozu açıqlandı

17avqustGündəlik havaHAVA PROQNOZUtemperatur.az • meteoroloji informasiya portalı
Gündəlik hava

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

ÜmumiMETEOROLOJİ MƏLUMATtemperatur.az • meteoroloji informasiya portalı
Ümumi

Mayın sonu – iyunun əvvəlində hava necə olacaq?

18avqustGündəlik havaHAVA PROQNOZUtemperatur.az • meteoroloji informasiya portalı
Gündəlik hava

Sabah bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq

XəbərdarlıqlarHAVA XƏBƏRDARLIĞItemperatur.az • meteoroloji informasiya portalı
Xəbərdarlıqlar

Bakıda və Abşeron yarımadasında güclü külək gözlənilir

18avqustGündəlik havaHAVA PROQNOZUtemperatur.az • meteoroloji informasiya portalı
Gündəlik hava

Avqustun 18-də gözlənilən hava şəraiti