Əsas məzmuna keç
temperatur.az ABUNƏLİK

Hava planınızı pozmasın.

Vacib hava dəyişikliklərini sizin üçün izləyirik, əvvəlcədən xəbər veririk və planınız üçün daha uyğun vaxtı göstəririk.

1 2 3
ADDIM 1

Paket növünü seç

Özünüzə uyğun qorunma və planlaşdırma səviyyəsini seçin.

ADDIM 2

Ödəniş dövrünü seç

Seçilən paket— Ödəniş—
ADDIM 3

Məlumatlar və təsdiq

Seçilmiş paket—
Ödəniləcək—
☔Yağış sizi hazırlıqsız yaxalamasın

Nümunə: “47 dəqiqə sonra Nərimanovda yağış ehtimalı yüksəlir.”

🚗Yola çıxmazdan əvvəl riski bilin

Nümunə: “Bakı–Quba yolunda Siyəzən istiqamətində duman riski artır.”

🏖Günün daha yaxşı vaxtını seçin

Nümunə: “Bilgəhdə sabah 09:00–12:00 aralığı daha əlverişlidir.”

PLANIMI YOXLA

Hara və nə vaxt gedirsiniz?

Məkanı, tarixi və planınızı seçin. Sizə qısa şəkildə uyğun olub-olmadığını və daha yaxşı vaxtı deyək.

Qiymətləndirmə temperatur.az-ın faktiki hava məlumatlarına əsaslanır. Təhlükəsizliklə bağlı rəsmi xəbərdarlıqları da nəzərə alın.
HANSI PAKET?

SMART, yoxsa PRO?

Sadə seçim: xəbərdarlıq və gündəlik izləmə üçün SMART; plan, yol və uyğun vaxt seçimi üçün PRO.

Seçilmiş məkanların izlənməsiSMART ✓PRO ✓
Yağış, külək, temperatur xəbərdarlıqlarıSMART ✓PRO ✓
“Mənim günüm” səhər xülasəsiSMART ✓PRO ✓
Planın hava uyğunluğunu yoxlamaSMART —PRO ✓
Yol və səyahət risklərinin analiziSMART —PRO ✓
Daha uyğun vaxtın seçilməsiSMART —PRO ✓
TEZ-TEZ SORUŞULAN

Telefonumda hava pulsuzdur. Abunəlik niyə lazımdır?

Çünki siz hava məlumatına yox, vaxtında xəbər almağa və daha rahat qərar verməyə abunə olursunuz. Temperatur.az seçdiyiniz məkanları sizin yerinizə izləyir və vacib dəyişiklik olanda sizi xəbərdar edir.

SMART mənə nə qazandırır?

Hər dəfə hava tətbiqini açmağa ehtiyac qalmır. Yağış, güclü külək, kəskin temperatur və seçdiyiniz digər dəyişikliklər yaxınlaşanda əvvəlcədən xəbər alırsınız. Ev, iş və digər məkanları ayrıca izləyə bilərsiniz.

PRO üçün niyə daha çox ödəyim?

PRO yalnız xəbər vermir, planınıza kömək edir. Məsələn, Qəbələyə səfər, çimərlik, piknik və ya açıq hava tədbiri üçün seçdiyiniz tarixdə şəraiti yoxlayır və günün daha münasib saatlarını göstərir.

“Planımı yoxla” nə edir?

Məkanı, tarixi və nə etmək istədiyinizi yazırsınız. Sistem məhz həmin günün proqnozunu yoxlayır, yağış, külək, temperatur və görünüşü birlikdə qiymətləndirir və sizə qısa, anlaşılan cavab verir.

İstədiyim şəhər və ya məkanı yaza bilərəm?

Bəli. Siyahı ilə məhdudlaşmırsınız. Azərbaycan daxilində şəhər, rayon və turizm məkanlarını, həmçinin sistemin tapa bildiyi digər yerləri adla yaza bilərsiniz.

Xəbərdarlıqlar nə qədər fərdiləşir?

SMART-da seçdiyiniz məkanlar və əsas hava riskləri üzrə xəbərdarlıqlar qurulur. Məqsəd çox bildiriş göndərmək deyil — yalnız sizin üçün əhəmiyyətli dəyişiklikləri vaxtında çatdırmaqdır.